Bu günün xəbərləri

Neftin ucuzlaşması davam edir

06:49 24-05-2016

Neftin ucuzlaşması davam edir

Bakı - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar azalaraq 44,91 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,25 dollar azalaraq 48,10 dollar olub.

 

Treyderlər neftin ucuzlaşmasını dolların gücləndirilməsi ilə əlaqələndirib. 



© APA 2017