Siyasət xəbərləri

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb

13:27 09-08-2017

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb

Bu gün Ağdam rayonu Sarıcalı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq keçirilən monitorinq insidentsiz başa çatıb.

 

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçisi Mixail Olaru, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Martin Şuster keçiriblər.



© APA 2017