Siyasət xəbərləri

Beynəlxalq İşçi Qrupunun həmsədrləri işğal altında olan Azərbaycan ərazilərinə səfər ediblər

13:49 17-07-2017

Beynəlxalq İşçi Qrupunun həmsədrləri işğal altında olan Azərbaycan ərazilərinə səfər ediblər

Qarabağ münaqişəsində İtkin Düşmüş Şəxslərin Axtarılması, Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupunun həmsədrləri Svetlana Qannuşkina, Paata Zakareişvili, Bernhard Klazen iyulun 17-18-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə səfər ediblər.

 

APA-nın məlumatına görə, səfərin məqsədi İşçi Qrupunun sülhyaratma fəaliyyətini davam etdirmək üçün əlaqələrin bərpa olunmasıdır.

 

Beynəlxalq İşçi Qrupunun üzvləri 2017-ci ilin yanvar ayında Bakıda səfərdə olub, Azərbaycanın rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüblər.

 

İyulun 15-də Ermənistan Respublikasının İtkin Düşmüş Şəxslər, Əsir və Girovlarla iş üzrə Dövlət Komissiyası Beynəlxalq İşçi Qrupunun nümayəndəsini qəbul edib.

 

Həmsədrlərin bu görüşləri məhsuldar və ümidverici olub.

 

Xatırladaq ki, Beynəlxalq İşçi Qrupunun nümayəndələri sülhyaratma fəaliyyətinə 90-cı illərin əvvəllərində başlayıblar.



© APA 2017