Siyasət xəbərləri

Dağlıq Qarabağda erməni əsgər güllələnib

16:41 16-04-2018

Dağlıq Qarabağda erməni əsgər güllələnib

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində əsgərini itirib.

 

APA-nın Ermənistan mətbuatında istinadən verdiyi məlumata görə, hələlik məlum olmayan insident nəticəsində 1998-ci il təvəllüdlü əsgər Alek Karapetyan odlu silahdan açılan atəş nəticəsində ölüb.

 

Hadisənin təfərrüatı araşdırılır.



© APA 2018