Siyasət xəbərləri

Azərbaycan MN: Düşmənin təxribat qrupunun bir üzvü məhv edilib

19:36 08-08-2017

Azərbaycan MN: Düşmənin təxribat qrupunun bir üzvü məhv edilib

Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.
 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.
 

Qeyd olunur ki, qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətdədir.



© APA 2017