Siyasət xəbərləri

Ermənilər cəbhə xəttində yenidən yanğın törədib

10:12 11-08-2017

Ermənilər cəbhə xəttində yenidən yanğın törədib

Ermənilər işğal altında olan Dağlıq Qarabağın Xocavənd rayonu ərazisində quru otlara od vurub.

 

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, işğalçılar Xocavənd rayonunun adsız yüksəkliklərində yanğın törədiblər. Alov Ağcabədi və Ağdamın cəbhəyanı yaşayış məntəqələrindən müşahidə olunur. Hazırda alov küləyin təsiri ilə geniş ərazilərə yayılır.



© APA 2017