Siyasət xəbərləri

Nalbandyan: "Prezidentlərin görüşü hələlik dəqiqləşməyib"

16:36 09-08-2017

Nalbandyan:

"Ermənistan və Azərbaycan prezidentlərinin görüşü barədə hələlik konkret məlumat yoxdur".

 

APA-nın “Panorama.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, xarici işlər nazirlərinin görüşü sentyabrın ikinci yarısında Nyu-Yorkda keçiriləcək. O əlavə edib ki, görüşün gündəliyində duran əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin irəli aparılması üçün şəraitin yaradılmasıdır. 



© APA 2017