Siyasət xəbərləri

Gürcüstanda Qarabağ şəhidi anılıb

22:09 31-12-2017

Gürcüstanda Qarabağ şəhidi anılıb

Gürcüstanda Qarabağ şəhidi Elşən Məmmədovun xatirəsi anılıb. 


APA-nın yerli bürosunun məlumatına əsasən, Azərbaycanın Gürcüstandakı səfirliyinin  nümayəndələri - hərbi attaşe Fuad İbrahimov, hərbi attaşenin baş köməkçisi Elcan İmamverdiyev və səfirliyin məsul əməkdaşı Fəxri Hacıyev Bolnisi rayonunun Zol-Göyəc kəndində E.Məmmədovun ailəsinə baş çəkib, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik ediblər. 

 


Səfirliyin nümayəndələri şəhidin məzarını ziyarət edib və ətrafına həmişəyaşıl ağaclar əkib. Bolnisi bələdiyyəsinin merinin müavini Lonqinos Həsənov, Bolnisi azərbaycanlılarının mədəniyyət mərkəzinin sədri Əlixan Yəhyaoğlu, Zol-Göyəc kəndinin axundu da anım mərasimində iştirak ediblər.

 


Qeyd edək ki, E.Məmmədov 2015-ci ilin sentyabrın 29-da Tərtər rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olub. O, “Şücaətə görə” medalı ilə təltif olunub. 

 



© APA 2018