Siyasət xəbərləri

Həmsədrlər Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə görüşüblər

14:56 19-06-2017

Həmsədrlər Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə görüşüblər

Həmsədrlər Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İctimai Birliyinin üzvləri ilə görüşüblər.

 

APA-nın məlumatına görə, görüşdə İcmanın sədri Bayram Səfərov, icmanın üzvləri, həmsədrlər Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak edib.

 

Görüşdə cəbhədəki vəziyyət, nizamlanma prosesi ilə bağlı vəziyyət ətraflı müzakirə olunub. 



© APA 2017