Siyasət xəbərləri

Həmsədrlər iyulun 3-də Vyanada Minsk qrupu üzvlərini danışıqlar prosesi barədə məlumatlandıracaqlar

18:16 19-06-2017

Həmsədrlər iyulun 3-də Vyanada Minsk qrupu üzvlərini danışıqlar prosesi barədə məlumatlandıracaqlar

ATƏT-in Minsk qrupu həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) iyulun 3-də Vyanada Minsk qrupunun üzvlərini regiona son səfərləri barədə məlumatlandıracaqlar.

 

APA-nın xəbərinə görə, bu barədə həmsədrlərin regiona səfərlərinin yekunlarına dair bəyanatda bildirilir.

 

Bəyanatda qeyd olunur ki, vasitəçilər nizamlama prosesi ilə bağlı görüləcək işləri müzakirə etmək üçün yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşməyi də planlaşdırırlar.



© APA 2017