Siyasət xəbərləri

Müdafiə naziri həmsədrlərlə görüşüb

13:07 19-06-2017

Müdafiə naziri həmsədrlərlə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 19-da ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki əməliyyat şəraiti müzakirə olunub.



© APA 2017