Siyasət xəbərləri

Amerikalı həmsədr: "Münaqişə tərəflərinin etimadın möhkəmlənməsi istiqamətində addım atmalarının vaxtı çatıb"

11:13 11-08-2017

Amerikalı həmsədr:

"Dağlıq Qarabağ münaqişəsi tərəflərinin etimadın möhkəmləndirilməsi istiqamətində addım atmalarının vaxtı çatıb".

 

APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland “Amerikanın səsi" radiosunun Ermənistan və Azərbaycan dilində yayımlanan xidmətlərinə müsahibəsində deyib. O, ümid etdiyini bildirib ki, yaxın vaxtlarda bu istiqamətdə müəyyən addımlar atılacaq: “Mən başa düşürəm ki, hazırda tam demilitarizasiya mümkün deyil. Lakin biz hərbi toqquşma ehtimalını aşağıya endirməliyik. İlk növbədə təmas xəttindən və sərhəd zonasından snayperlər geri çəkilməli, müşahidəçilərin sayı artırılmalı və xüsusi avadanlıqlar yerləşdirilməlidir. Əgər iki silahlı tərəf üz-üzə durublarsa, hərbi toqquşmanın mümkünlüyü hər zaman var”. 



© APA 2017