Siyasət xəbərləri

Rusiyalı həmsədr: “Qəbul edəcəyimiz bəyanatda cəbhədə yaranmış vəziyyəti əks etdirəcəyik”

15:22 19-06-2017

Rusiyalı həmsədr: “Qəbul edəcəyimiz bəyanatda cəbhədə yaranmış vəziyyəti əks etdirəcəyik”

“Həmsədrlərin Azərbaycana səfəri ərəfəsində baş verən bu ciddi atəşkəs pozuntusu dərin təəssüf hissi doğurur.

 

APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

 

“Biz səfərimizin yekunu olaraq qəbul edəcəyimiz bəyanatda bu vəziyyəti əks etdirəcəyik”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, son günlər cəbhədə vəziyyət gərginləşib, hər iki tərəf itki verib. 



© APA 2017