Siyasət xəbərləri

Lavrov: "Bakıda və İrəvanda Qarabağ münaqişəsi ilə bağlı səylərin hansı səviyyədə olduğunu müzakirə edəcəyik"

15:59 14-11-2017

Lavrov:

“Gələn həftənin əvvəlində İrəvan və Bakıya səfər etməyi düşünürəm”.

 

APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov TASS-a açıqlamasında deyib.

 

O bildirib ki, gündəliyə hər iki ölkə ilə ayrılıqda ikitərəfli əlaqələrin müzakirəsi daxildir: “Həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərin hansı səviyyədə olduğunu müzakirə edəcəyik”.

 

Görüşlər zamanı həmçinin regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulub. 

 

Xatırladaq ki, S. Lavrov noyabrın 20-də Bakıya səfər edəcək.



© APA 2017