Siyasət xəbərləri

XİN: Elmar Məmmədyarov Moskvaya gedir, Lavrov Azərbaycana səfər edəcək

13:20 14-11-2017

XİN: Elmar Məmmədyarov Moskvaya gedir, Lavrov Azərbaycana səfər edəcək

Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək.

 

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya bildirib ki, səfər əsnasında Moskvada xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

 

Noyabrın 20-də isə Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov Azərbaycana səfər edəcək.



© APA 2017