Siyasət xəbərləri

ADP rəhbərliyi Akif Şahbazovdan partiya qərargahındakı otağı tərk etməyi tələb edir

14:05 14-02-2007

ADP rəhbərliyi Akif Şahbazovdan partiya qərargahındakı otağı tərk etməyi tələb edir

ADP Ali Məclisinin sabiq sədri Akif Şahbazova partiya qərargahındakı otağı boşaltmaq və Ali Məclisə məxsus sənədlərin təhvil verilməsi ilə bağlı müraciət edilib. Bu barədə APA-ya ADP-nin IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Həsrət Rüstəmov məlumat verib. Onun sözlərinə görə, Ali Məclisin keçmiş sədri bu təklifdən imtina edib və qərargahı tərk etməyəcəyini bildirib: “Buna görə də sabah Təşkilat Komitəsinin 3 üzvündən ibarət komissiya yaradılacaq və Ali Məclisin sənədlərinin təhvil götürülməsi üçün iş aparılacaq. Akif Şahbazov artın ADP-nin üzvü deyil və buna görə də qərargahdakı otağı boşaltmalıdır”. A. Şahbazov isə APA-ya bildirib ki, o, ADP qərargahını tərk etmək niyyətində deyil: “Mənimlə bağlı Mərkəzi Aparatda guya partiyadan xaric olunmağımla bağlı qərar çıxarılıb. Amma mən bu qərarı qəbul etmirəm. Ona görə də qərargahdakı otağı boşaltmayacağım”. /APA/


© APA 2018