Siyasət xəbərləri

Azadlıq blokunun Sədrlər Şurası ADP-nin məsələsini müzakirə edir

15:21 13-02-2007

Azadlıq blokunun Sədrlər Şurası ADP-nin məsələsini müzakirə edir
Bu gün Azadlıq blokunun Sədrlər Şurasının iclası başlayıb.
APA-nın məlumatına görə, iclasda ADP-nin blokdakı təmsilçisi kimi Akif Şahbazov iştirak edib.
Bir neçə gün öncə partiya sədri Rəsul Quliyevin sərəncamı ilə ADP-nin Azadlıq blokundakı təmsilçisi olan Sərdar Cəlaloğlu Akif Şahbazovla əvəzlənib.
Bu gün A. Şahbazov iclasın ilk hissəsində iştirak edib. O, iclasdan çıxandan sonra APA-ya açıqlamasında bildirib ki, R. Quliyevin sərəncamına uyğun olaraq, bundan sonra ADP-ni Azadlıq blokunda o təmsil edəcək: “Azadlıq blokunun təsis olunması barədə sazişi Rəsul Quliyev imzaladığı üçün onun sərəncamla təyin etdiyi şəxs kimi bundan sonra partiyanı blokda mən təmsil edəcəyəm”. A. Şahbazov iclası tərk edəndən sonra isə S. Cəlaloğlu iclasa qatılıb. S. Cəlaloğlu isə APA-ya açıqlamasında A. Şahbazovun iclasa qatılmasını “etikadankənar” hərəkət adlandırıb və Azadlıq blokunun qərarını gözlədiyini bildirib./APA/


© APA 2018