Siyasət xəbərləri

Azərbaycan Əfqanıstana kömək edəcək donor ölkələrin toplantısına dəvət edilib

11:38 28-01-2008

Azərbaycan Əfqanıstana kömək edəcək donor ölkələrin toplantısına dəvət edilib

Mart ayında Pakistanda Əfqanıstana kömək məqsədilə donor ölkələrin konfransı keçiriləcək. Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, konfransa Azərbaycanın bəzi nazirlikləri də dəvət edilib. Toplantı çərçivəsində ikitərəfli görüşlər də planlaşdırılır.
Xatırladaq ki, ötən il Hindistanda Əfqanıstana kömək məqsədilə donor ölkələrin yığıncağı keçirilib. /APA/


© APA 2018