Siyasət xəbərləri

Azərbaycan Ermənistanın Avropada adi silahlara dair cinah sazişini pozması barədə NATO PA-nın yaz sessiyasında məsələ qaldıracaq

17:12 14-02-2007

Azərbaycan Ermənistanın Avropada adi silahlara dair cinah sazişini pozması barədə NATO PA-nın yaz sessiyasında məsələ qaldıracaq
NATO Parlament Assambleyasının yaz sessiyası bu ilin mayında Budapeştdə keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov bildirib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Ermənistanın Avropada adi silahlara dair cinah sazişini pozaraq silahlanması və digər məqamlarla bağlı məsələ qaldıracaq: “Artıq bununla bağlı NATO ekspertləri ilə müzakirələr aparılıb. Bizim imkanlarımızı məhdudlaşdıran odur ki, Azərbaycan NATO Parlament Assambleyasının assosiativ üzvüdür. Buna görə də müəyyən məsələlərin müzakirəyə çıxarılmasında problemlər yaranır. Biz çalışacağıq ki, Ermənistanda inspeksiya tətbiq olunması barədə qərarın çıxarılmasına nail olaq”. /APA/


© APA 2018