Siyasət xəbərləri

Azərbaycan Milli Məclisinin 19 deputatı özünə köməkçi götürməyib

17:37 28-01-2008

Azərbaycan Milli Məclisinin 19 deputatı özünə köməkçi götürməyib

Azərbaycan Milli Məclisinin 19 deputatı özünə köməkçi götürməyib. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, indiyədək 123 millət vəkilindən 104-ü köməkçi ilə təmin olunub. Parlamentdən deputatların köməkçilərdən istifadə edib-etməməkdə sərbəst olduqları da bildirilib.
Qeyd edək ki, deputatların seçildiyi dairənin ərazisində fəaliyyət göstərən köməkçilər seçicilərlə millət vəkilləri arasında əlaqələndirici rolu oynamalıdır. /APA/


© APA 2018