Siyasət xəbərləri

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında növbəti görüş martın əvvəllərində keçiriləcək

19:54 12-02-2007

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında növbəti görüş martın əvvəllərində keçiriləcək

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Vardan Oskanyan arasında növbəti görüş martın əvvəllərində keçiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərlə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. E. Məmmədyarov qeyd edib ki, nazirlərin yenidən bir araya gəlməsini ATƏT-in Minsk Qrupunun həmsədrləri təklif edib və hazırda görüşün vaxtı dəqiqləşdirilir. /APA/


© APA 2018