Siyasət xəbərləri

QHT və partiyaların fəaliyyəti ilə bağlı qanunlara dəyişikliklər hazırlanır

14:13 07-09-2017

QHT və partiyaların fəaliyyəti ilə bağlı qanunlara dəyişikliklər hazırlanır

Azərbaycanda “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Siyasi partiyalar haqqında” qanunlara dəyişikliklər təklif edilir.

 

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclis tərəfindən layihələr hazırlanır.

 

Layihələrdə siyasi partiyalar və QHT-nın qeydiyyatı, fəaliyyəti və maliyyə hesabatlılığı ilə bağlı bəzi dəyişikliklərin əksini tapması nəzərdə tutulur.

 

Layihələrin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.



© APA 2018