Siyasət xəbərləri

Azərbaycanın xarici işlər naziri ABŞ-ın ATƏT-dəki səfiri ilə görüşüb

12:23 28-03-2007

Azərbaycanın xarici işlər naziri ABŞ-ın ATƏT-dəki səfiri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün ABŞ-ın ATƏT-dəki səfiri Juli Finli ilə görüşüb. XİN-dən APA-ya verilən məlumata görə, səfir xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevlə də bir araya gəlib. Səfirin, həmçinin, insan alveri ilə bağlı yerli QHT-lərin nümayəndələri ilə görüşü nəzərdə tutulur. J. Finli Dillər Universitetinin tələbləri və parlament üzvləri ilə də görüşəcək. /APA/


© APA 2018