Siyasət xəbərləri

Azərbaycanın xarici işlər naziri Səudiyyə Ərəbistanı Krallığının səfirinin diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib

18:42 28-01-2008

Azərbaycanın xarici işlər naziri Səudiyyə Ərəbistanı Krallığının səfirinin diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının səfiri Əli Həsən Əhməd Cəfəri ölkəmizdə diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfirin fəaliyyət müddəti ərzində ikitərəfli əməkdaşlığın yüksək səviyyəyə qalxdığını vurğulayan tərəflər, qarşılıqlı səfərlərin kifayət qədər artdığını və bunun iki ölkə arasındakı tərəfdaşlığa mühüm töhfə verdiyini bildiriblər.
E. Məmmədyarov Səudiyyə Ərəbistanının beynəlxalq təşkilatlar çərçivəsində ölkəmiz üçün maraq kəsb edən məsələlərdə, o cümlədən Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.
Öz növbəsində, səfir fəaliyyəti dövründə göstərilən hər cür köməyə görə təşəkkürünü bildirib, ölkəsində cari ildə yüksək səviyyədə keçirilmiş Azərbaycan mədəniyyəti günlərinin ərəb ictimaiyyətində geniş əks-səda doğurduğunu xatırladıb, habelə iki ölkə arasında iqtisadi, enerji, səhiyyə sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. /APA/


© APA 2018