Siyasət xəbərləri

Deputat seçiciləri ilə görüşüb

10:15 13-09-2017

Deputat seçiciləri ilə görüşüb

Millət vəkili Novruz Aslanovun İsmayıllı rayonunda seçicilərlə görüşü davam edir. Yay aylarında əsasən əlverişli hava şəraitinin olduğunu nəzərə alaraq, deputat ucqar dağ kəndlərində seçicilərini qəbul edir. Artıq demək olar ki, bütün ucqar kəndlərdə millət vəkili olub və seçicilərin problemləri, həmçinin kəndlərdə olan problemlərlə maraqlanıb, həlli istiqamətində müvafiq addımlar atıb.

 

Sentyabrın 12-də Novruz Aslanov İsmayıllı rayonunun ən ucqar dağ kəndləri olan-Yuxarı Gülyan, Müdrüsə, Müdrü, Vaşa və Yuxarı Zərnava kəndlərindən olan seçicilərlə görüşüb.

 

Birinci görüş Müdrü kəndində orta məktəbin binasında baş tutub. Bu qəbulda Yuxarı Gülyan, Müdrüsə və Vaşa kəndlərinin seçiciləri də iştirak ediblər. İkinci görüş Yuxarı Zərnava kəndində keçirilib. Sakinlər sosial problemlərlə yanaşı kəndin yarasız vəziyyətə düşmüş elektrik dirəklərinin dəyişdirilməsi və yolun çəkilişi barədə deputata müraciət ediblər.

 

Deputat bu problemlər barədə əlaqədar qurumlara məlumat veriləcəyini bildirib.



© APA 2017