Siyasət xəbərləri

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Ədalət Partiyasını qərargahla təmin edib

14:57 25-01-2008

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Ədalət Partiyasını qərargahla təmin edib

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) Ədalət Partiyasını qərargahla təmin edib. Bu barədə APA-ya partiya sədrinin müavini Mütəllim Rəhimli məlumat verib. Onun sözlərinə görə, ƏP üçün Binəqədi rayonu ərazisində yeni ofis ayrılıb. Bu günlərdə tərəflər arasında müqavilə bağlanacağını deyən M. Rəhimli Dövlət Komitəsinin ayırdığı ofisin partiyanın hazırkı qərargahından kiçik və təmirsiz olduğunu deyib. Sədr müavini qərargahı öz hesablarına təmir etdirəcəklərini, 3-4 ay sonra yeni ofisə köçəcəklərini də vurğulayıb.
DƏİEDK-nin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov da faktı təsdiqləyib. Onun sözlərinə görə, partiya balans saxlayıcıdan razılıq məktubu gətirdikdən sonra komitə rəhbərliyi müvafiq qərarı qəbul edib. /APA/


© APA 2018