Siyasət xəbərləri

GUAM-ın baş katibi Fransanın Kiyevdəki səfiri ilə təşkilatın fəaliyyətini müzakirə edib

11:17 28-01-2008

GUAM-ın baş katibi Fransanın Kiyevdəki səfiri ilə təşkilatın fəaliyyətini müzakirə edib

GUAM-ın baş katibi Valeri Çeçelaşvili Fransanın Ukraynadakı səfiri Jan Pol Vezianla görüşüb. APA-nın məlumatına görə V. Çeçelaşvili səfirə GUAM-ın Bakıda keçirilmiş sammiti, təşkilatın məqsəd və vəzifələri, Azərbaycanın GUAM-a sədrliyinin prioritetləri, GUAM formatında həyata keçirilən regional layihələr, Vilnüsdə keçirilmiş GUAM-ın yubiley sammitinin nəticələri barədə məlumat verib. /APA/


© APA 2018