Siyasət xəbərləri

Gürcüstandakı Azərbaycan teatrı yeni tamaşa hazırlayıb

18:39 11-10-2017

Gürcüstandakı Azərbaycan teatrı yeni tamaşa hazırlayıb

Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı yeni tamaşanın premyerasına hazırlaşır.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, tamaşa fransız yazıçısı Jan Koktonun “Fəryad edənin səsi” əsəri əsasında hazırlanıb. David Nikoladzenin rejissoru olduğu tamaşada Leyla Qasımova və Anar Hümbətov rol alıblar Tamaşanın premyerası oktyabrın 16-da Gürcüstan Dövlət Pantomim Teatrında baş tutacaq.


Qeyd edək ki, Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı binası qəzalı vəziyyətində olduğuna görə tamaşalarını Gürcüstanın başqa teatrlarının səhnələrində nümayiş etdirir.



© APA 2017