Siyasət xəbərləri

İraqda partlayış törədilib, ölən və yaralananlar var

21:22 19-05-2017

İraqda partlayış törədilib, ölən və yaralananlar var

İraqın cənubunda güclü partlayış baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Bəsrada, nəzarət-keçid məntəqəsində qeydə alınıb.

 

Minalanmış avtomobilin partladılması nəticəsində azı 2 hərbçi ölüb, bir neçə dinc sakin xəsarət alıb.

 

Partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.



© APA 2017