Siyasət xəbərləri

Maykl Kotler: “ABŞ üçün Azərbaycanın təhlükəsizliyi son dərəcə önəmli məsələdir”

19:09 12-02-2007

Maykl Kotler: “ABŞ üçün Azərbaycanın təhlükəsizliyi son dərəcə önəmli məsələdir”
“Bu, mənim Azərbaycana ikinci səfərimdir. Bir neçə il əvvəl ölkənizdə olmuşam və Azərbaycana yenidən qayıtmaq mənim üçün xoşdur. ABŞ-ın Azərbaycanla sıx strateji əməkdaşlıq əlaqələri mövcuddur”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan ABŞ dövlət katibinin siyasi və hərbi məsələlər üzrə müşavirinin köməkçisi Maykl Kotler verib. O, Bakıda keçirdiyi görüşlərdə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyib. “ABŞ Azərbaycanı strateji müttəfiq hesab edir. Bizim üçün Azərbaycanın təhlükəsizliyi son dərəcə önəmlidir. Buna görə də təhlükəsizlik məsələlərində problem yaranmamağı üçün Azərbaycana yardım göstərməyə çalışırıq”. /APA/


© APA 2018