Siyasət xəbərləri

Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçiriləcək prezident seçkilərinin dəqiq tarixini yaxın günlərdə elan edəcək

15:01 20-05-2008

Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçiriləcək prezident seçkilərinin dəqiq tarixini yaxın günlərdə elan edəcək

Bakı. Elnur Məmmədli - APA. Bu il keçiriləcək prezident seçkilərinin dəqiq tarixi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən yaxın günlərdə elan olunacaq.
APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, Seçki Məcəlləsinin tələbinə görə, prezident seçkilərinin gününü MSK təyin və elan edir. M, Pənahov seçkilərlə bağlı MSK-nın xüsusi iclasının keçiriləcəyini qeyd edib: “Qanunun tələbinə görə MSK səsvermə gününü təyin edir və ən azı iki gün müddətində bu qərar dərc olunur. Qərar dərc olunduğu gündən isə qüvvəyə minir”. M. Pənahov bildirib ki, MSK hazırda Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı Milli Məclisdə müzakirələrin başa çatmasını gözləyir. MSK sədri seçki təbliğatının müddətinin azaldılması ilə bağlı təkliflərə münasibət bildirmək istəməsə də, belə bir qərarın olacağı halda, rəhbərlik etdiyi qurumun işində hər hansı problemin olmayacağını qeyd edib.


© APA 2018