Siyasət xəbərləri

MSK seçki komissiyalarının üzvlərini maarifləndirəcək

16:35 14-02-2018

MSK seçki komissiyalarının üzvlərini maarifləndirəcək

Mərkəzi Seçki Komissiyası (MSK) "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Planı"na əsasən aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsini təşkil edəcək. 
 
APA-nın məlumatına görə, bu barədə MSK-nın iclasında qərar qəbul olunub. 
 
İlk olaraq sabah - fevralın 15-də MSK-nın inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün bir günlük seminar-müşavirə təşkil ediləcək. 19-21 fevral tarixlərində isə DSK katibləri, üzvləri üçün ixtisaslaşdırılmış kurslar təşkil olunacaq. Seminar-müşavirədə icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri də iştirak edəcək.



© APA 2018