Siyasət xəbərləri

NATO koordinatoru: “Robert Simmonsun Bakıya növbəti səfəri yaza planlaşdırılır”

19:27 14-02-2007

NATO koordinatoru: “Robert Simmonsun Bakıya növbəti səfəri yaza planlaşdırılır”

NATO baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmonsun Bakıya növbəti səfəri yaz aylarına planlaşdırılır. Bu barədə APA-ya NATO-nun Azərbaycan üzrə koordinatoru, qurumun siyasi və təhlükəsizlik məsələləri şöbəsinin əməkdaşı Lorenç Meyer-Minnemann məlumat verib. Onun sözlərinə görə, Robert Simmonsun Bakıya səfəri zamanı NATO-Azərbaycan əməkdaşlıq məsələlərini müzakirə ediləcək, həmçinin Azərbaycanın NATO-nun Fərdi Tərəfdaşlıq Planı çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi prosesi ətrafında fikir mübadiləsi aparılacaq. /APA/


© APA 2018