Siyasət xəbərləri

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası çağırılıb

20:08 26-12-2017

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası çağırılıb

Dekabrın 30-da saat 11.00-da Naxçıvan şəhərində Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası çağırılıb.

 

APA-nın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq qərar imzalayıb.

 

 Sessiyanın gündəliyinə 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi, o cümlədən  Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı daxil edilib.



© APA 2018