Siyasət xəbərləri

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu yaradılacaq

12:29 15-02-2007

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu yaradılacaq

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu yaradılacaq. Bu barədə APA-ya Respublika Prokurorluğundan məlumat verilib. Milli Məclisin “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi haqqında qərarı ilə Azərbaycan Respublikasının prokurorluq sisteminə Naxçıvan MR-in Hərbi Prokurorluğu daxil edilib. Hazırda Hərbi Prokurorluğun yaradılması və fəaliyyəti istiqamətində təşkilati işlər aparılır. Qeyd edək ki, dəyişikliklərdən öncə Azərbaycan Respublikasının prokurorluq sisteminə Baş Prokurorluq, Respublika Hərbi Prokurorluğu, Naxçıvan MR-in prokurorluğu, rayon(şəhər) prokurorluqlar, ərazi hərbi prokurorluqları daxil idi. /APA/


© APA 2018