Siyasət xəbərləri

Nazim İbrahimov: “Xocalı soyqırımını bütün dünyada qəbul etdirmək asan iş deyil”

18:03 12-02-2007

Nazim İbrahimov: “Xocalı soyqırımını bütün dünyada qəbul etdirmək asan iş deyil”

“Xocalı faciəsinə rəsmi soyqırımı statusu verib, bu faktı bütün dünyada qəbul etdirmək asan iş deyil. Hətta mən düşünürəm ki, biz özümüzü bu istiqamətdə yormamalıyıq. Mən hələlik yaxın zamanlarda Xocalı soyqırımının bütün dünyada qəbul etdirilməsi ilə bağlı perspektiv görmürəm”. Bu sözləri Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov APA-nın sualını cavablandırarkən deyib. Komitə sədri deyib ki, dünya ictimaiyyətinə ermənilərin vəhşi bir millət olduğunu və tarixən azərbaycanlıların başına gətirdikləri faciələrlə bağlı məlumatlandırmaq məsələnin başqa tərəfidir: “Dünya Xocalını faciə kimi qəbul etsə də, soyqırım kimi qəbul etməyə hazır deyil”. N. İbrahimov Azərbaycana gələn hər bir rəsmi qonağın Xocalı abidəsini ziyarət etməyə aparmağı düzgün hesab etmədiyini söyləyib. Komitə sədri, həmçinin bu il də dünyanın müxtəlif ölkələrində Xocalı faciəsinin ildönümünün qeyd olunacağını bildirib. /APA/


© APA 2018