Siyasət xəbərləri

Prezident İlham Əliyev MİDA-nın Hövsan yaşayış kompleksində ilk binanın təməlqoyma mərasimində iştirak edib

09:55 24-12-2017

Prezident İlham Əliyev MİDA-nın Hövsan yaşayış kompleksində ilk binanın təməlqoyma mərasimində iştirak edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan yaşayış kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib.

 

APA-nın məlüumatına görə, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

 

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlətimizin başçısına layihə barədə məlumat verib.

 

Prezident İlham Əliyev yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoyub.

 

Sonda xatirə şəkli çəkdirilib.



© APA 2018