Siyasət xəbərləri

Prezident Rafael Qvaladzeni fəxri diplomla təltif edib

18:03 27-12-2017

Prezident Rafael Qvaladzeni fəxri diplomla təltif edib

Azərbaycan prezidenti İlham Əliyev Rafael Sergeyeviç Qvaladzenin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, R. Qvaladze Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.



© APA 2018