Siyasət xəbərləri

Qabil Məmmədov yenidən Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilib

12:47 29-12-2017

Qabil Məmmədov yenidən Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə hakim təyin edilməsi məsələsinə baxılıb.

 

APA-nın məlumatına görə, Qabil Neymət oğlu Məmmədov yenidən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı layihəni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

 

Qeyd edək ki, onun səlahiyyət müddəti yanvarın 22-də başa çatır.  Layihə səsə qoyularaq qəbul edilib.

 



© APA 2018