Siyasət xəbərləri

Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması təklifi ilə çıxış edən dörd partiya martda kütləvi aksiyalara başlaya bilər

16:52 25-01-2008

Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması təklifi ilə çıxış edən dörd partiya martda kütləvi aksiyalara başlaya bilər

Seçki komissiyalarının paritet əsaslarla formalaşması ilə bağlı birgə təkliflə çıxış edən 4 müxalifət partiyası martda kütləvi aksiyalara başlaya bilər. Bu barədə APA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, Müsavat və Demokrat partiyaları bu aksiyaların keçirilməsinə razılıq verməsə belə, “Azadlıq” bloku ayrılıqda mitinqlər keçirəcək: “Dörd partiya seçki komissiyalarının paritet əsaslarla formalaşması ilə bağlı birgə təkliflə çıxış edib və hesab edirəm ki, birgə aksiyalar keçirilməlidir. Amma kimsə qatılmayacaqsa, bu onların öz işidir”. H. Kərimov bildirib ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı layihə açıqlanandan sonra müxalifət bu barədə qərar qəbul edə bilər. /APA/


© APA 2018