Siyasət xəbərləri

Xəzər İbrahim: “Eldar Quliyevin 2001-ci ildən bəri Azərbaycanın diplomatik xidməti ilə əlaqəsi yoxdur”

14:23 28-01-2008

Xəzər İbrahim: “Eldar Quliyevin 2001-ci ildən bəri Azərbaycanın diplomatik xidməti ilə əlaqəsi yoxdur”

Azərbaycanın BMT-dəki keçmiş səfiri Eldar Quliyev Rusiya Xarici Kəşfiyyat Xidmətinin zabiti olub. APA-nın məlumatına görə, bu barədə ABŞ-ın “The Washington Post” qəzeti keçmiş rusiyalı rezident-kəşfiyyatçı Sergey Tretyakova istinadən xəbər yayıb. Qəzet həm bu faktın, həm də digər kəşfiyyat sirlərinin əksini tapdığı xüsusi kitab nəşr edildiyini yazıb. Xatırladaq ki, E. Quliyev 1994-2001-ci illər ərzində Azərbaycanın BMT-dəki daimi nümayəndəsi olub. S. Tretyakov isə BMT-də Rusiyanı təmsil edib. ABŞ kəşfiyyatı onun diplomat yox, Rusiya kəşfiyyatının əməkdaşı olduğunu müəyyənləşdirib.
Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin Xəzər İbrahim bildirib ki, 2001-ci ildən bəri Eldar Quliyevin Azərbaycanın diplomatik xidməti ilə bağlılığı yoxdur. O, diplomatik xidmətə işə qəbul olunan vətəndaşların zəruri yoxlamadan keçib-keçmədiyi barədə sualı da cavablandırıb. X. İbrahim vətəndaşların XİN sisteminə qəbul olunarkən və xaricə ezam edilərkən lazımi yoxlamadan keçirildiyini deyib. /APA/


© APA 2018