Siyasət xəbərləri

Yusuf Məmmədəliyev: "Prezident və I vitse-prezidentin rəhbərliyi altında uğur qazanan gənclər olacaq"

11:30 19-06-2017

Yusuf Məmmədəliyev:

"Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması etimadın göstəricisidir. Biz də çalışıb, bu ümidi doğruldacağıq".


APA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev Prezident yanında Gənclər Fondunun təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbirdə söyləyib. 
 

Y. Məmmədəliyev deyib ki, əsas məqsəd Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir: "Azərbaycan gəncliyinin cavanlığı onun zəif cəhəti yox, üstünlüyüdür. Gənclərimizin intellektual və yaradıcılıq qabiliyyətinin ortaya çıxarılması, həyata keçirilən layihələr bundan sonra da sürətlə davam etdiriləcək. Prezident və birinci vitse-prezidentin rəhbərliyi altında uğur qazanan məhz gənclər olacaq. Layiqli vətəndaş olmaq üçün Vətəninizi sevin, sağlamlığınızı qoruyun. Eyni zamanda səmərəli işdən sonra istirahət edin. Asudə istirahət daha səmərəli işə kömək edir".



© APA 2017