Siyasət xəbərləri

Milli Məclisin I vitse-spikeri: “Azərbaycana qarşı mümkün təhdidlərə lazımı cavab veriləcək”

12:17 23-12-2017

Milli Məclisin I vitse-spikeri: “Azərbaycana qarşı mümkün təhdidlərə lazımı cavab veriləcək”

“Hazırda bütün dünyada təhdidlər var. Azərbaycan da dünyadan təcrid olunmadığı üçün bu təhdidlər Azərbaycana qarşı da olub və indi də ola bilər”.

 
APA-nın məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov deyib.

 

O bildirib ki, gələn il Azərbaycanda prezident seçkiləri normal keçiriləcək, ictimai-siyasi sabitlik qorunub saxlanılacaq: “Bizim təhlükəsizlik orqanları çox güclüdür və öz işini yüksək səviyyədə qurub və təhlükəsizliyə tam nəzarət edir. Onlar mümkün hər bir təhdidə qarşı da lazımı cavab verəcəklər”.



© APA 2018