Siyasət xəbərləri

Ziyafət Əsgərov: “NATO ilə Azərbaycan arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir”

19:26 12-02-2007

Ziyafət Əsgərov: “NATO ilə Azərbaycan arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir”

“NATO ilə Azərbaycan arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclis sədrinin birinci müavini, parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov verib. Z. Əsgərov bildirib ki, Azərbaycan NATO ilə imzalanmış “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” (İPAP) çərçivəsində üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Fevralın 14-də Bakıya gələcək NATO-nun Azərbaycan üzrə koordinatoru Lopen Peerlinmanın səfərinə toxunan Z. Əsgərov qeyd edib ki, qonaq Azərbaycanın İPAP çərçivəsində gördüyü işləri qiymətləndirəcək: “Bu qiymətləndirmə 2 ildən bir aparılır və təbii qarşılanmalıdır”. /APA/


© APA 2018