Siyasət xəbərləri

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb

18:38 27-12-2017

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı bu gün “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

İndiyə qədər Dövlət Komitəsi sədrinin birinci müavini və müavini olub. Dəyişikliyə əsasən Dövlət Komitəsi sədrinin müavinlərinin sayı 2-yə çatdırılıb.



© APA 2018