Siyasət xəbərləri

İlhan Aküzüm “Dostluq” ordeni ilə təltif edilib

17:27 13-09-2017

İlhan Aküzüm “Dostluq” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev İlhan Aküzümün “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

 

APA-nın xəbərinə görə, İ. Aküzüm Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və diaspor quruculuğu sahəsində səmərəli fəaliyyətinə görə təltif edilib.



© APA 2017