Siyasət xəbərləri

Kiyevdə xarici vətəndaşlar “Azərbaycan” şeirini səsləndiriblər

12:02 12-07-2018

Kiyevdə xarici vətəndaşlar “Azərbaycan” şeirini səsləndiriblər

Ukraynada “Düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycanı dünyada tanıtmaq məqsədilə layihə həyata keçirib.

 

İctimai Birlikdən APA-ya verilən məlumata görə, layihə çərçivəsində Kiyevdə xarici vətəndaşlar Azərbaycanın tanınmış şairi Səməd Vurğunun “Azərbaycan” şerini səsləndiriblər. Videoçarxda Konqo, Çin, Ekvador, Fələstin, Ukrayna, Belarus, Moldova, İraq, Türkiyə və digər ölkələrin vətəndaşları iştirak ediblər.

 

Kiyevdə Azərbaycanla bağlı layihənin geniş təqdimatı olacaq.



© APA 2018