Siyasət xəbərləri

Niderlandda Azərbaycanla bağlı təqdimat olub

17:06 23-12-2017

Niderlandda Azərbaycanla bağlı təqdimat olub

Niderland Krallığında 31 Dekabr Həmrəylik Günü ilə bağlı tədbir keçirilib.

 

APA-nın məlumatına görə, Azərbaycanın Niderland Krallığındakı səfirliyi tərəfindən Haaqada keçirilən tədbirdə səfiri əvəz edən müvəqqəti işlər vəkili Cəlal Mirzəyev, Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov, diaspor nümayəndələri və yerli incəsənət xadimləri iştirak ediblər.

 

Tədbirdə Azərbaycanla bağlı məlumatlar verilib. Bildirilib ki, 1991-ci ilin 16 dekabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Qeyd olunub ki, azərbaycanlılar bu günlə fəxr edir və onu qürurla qeyd edirlər.



© APA 2018