Siyasət xəbərləri

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olunub

13:37 14-06-2018

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olunub

Ukraynanın Energetika və Kömür Sənayesi Nazirliyinə azərbaycanlı müşavir təyin olunub.

 

APA-nın məlumatına görə, nazir İqor Nasalikin imzaladığı sərəncamla İlham Dadaş oğlu Dadaşov nazirin müşaviri təyin edilib.
 
1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İ. Dadaşov 1987-ci ildən Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İ. Dadaşov biznes fəaliyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.



© APA 2018