Dunya xəbərləri

Kamerunda hərbi gəmi çevrilib, ölən və itkin düşənlər var

02:43 17-07-2017

Kamerunda hərbi gəmi çevrilib, ölən və itkin düşənlər var

Kamerunda hərbi gəmi çevrilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident ölkənin cənub-qərbindəki Limbe şəhəri və Bakassi yarımadası arasında qeydə alınıb.

 

İlkin məlumata əsasən, qəza nəticəsində onlarla hərbçi itkin düşüb.

 

Xüsusi təyinatlı briqada üzvlərini daşıyan hərbi gəminin çevrilməsinin səbəbləri hələ ki, məlum deyil. Hadisə yerində xilasedici əməliyyat aparılır. Hazırda bir hərbçinin meyitinin sudan çıxarıldığı bildirilir.



© APA 2017